BBC Teleradio Korporasiyasının yaydığı məlumata görə…

19 Fevral 2017 12:59

Xəbər 800 dəfə oxunub

BBC (“Bi-Bi-Si”) Teleradio Korporasiyasının yaydığı məlumata görə, dünya alimləri depressiya və posttravmatik stress kimi psixi xəstəliklərdən əziyyət çəkən adamlardan öləndən sonra öz beyinlərini elmə qurban verməyi xahiş edirlər.“RİA Novosti” agentliyi xəbər verir ki, bu, psixi və sinir pozulmalarının, o cümlədən Parkinson və Alsheymer xəstəliklərinin müalicəsi üçün dərmanlar hazırlamaq üçün lazımdır. Hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərində yerləşən və beyin toxumaları məsələləri ilə məşğul olan Harvard Tədqiqat Mərkəzində 3 mindən çox beyin nümunəsi saxlanılır. Bu mərkəz dünyada ən iri “beyin banklarından” biridir. Nümunələrin çoxu psixi və sinir pozulmalarından əziyyət çəkən insanlarındır.Tədqiqat Mərkəzinin başçısının sözlərinə görə, hazırda alimlərdə insan beynini tədqiq etmək üçün alətlər var. Yalnız xəstəliyinin səbəbləri öyrənilməli olan insanların toxumaları çatışmır.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05