ABŞ prezidenti Barak Obama Respublikaçılar partiyasının nüfuzlu üzvlərini prezidentliyə namizəd Donald Trampı dəstəkləməkdən rəsmi şəkildə imtina etməyə çağırıb. “BBC”nin verdiyi xəbərə görə, Obama bildirib ki, Tramp Birləşmiş Ştatları beynəlxalq arenada təmsil etməyə yaramır. “O, nə təbiətinə, nə hazırlıq və bilik səviyyəsinə, nə biliklərə yiyələnmək istəyinə, nə də səmimiyyətinə görə prezidentliyə yaramır”, – deyə ABŞ prezidenti qeyd edib. Qeyd edək ki, Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Kilintona dəstək mitinqində çıxışı zamanı Trampın prezidentliyə yaramadığını dəfələrlə vurğulasa da, onun adını bir dəfə də səsləndirməyib. ABŞ prezidenti həmçinin qeyd edib ki, Tramp tolerantlıq, hüquqi proseduralara riayət olunması və qarşılıqlı hörmət kimi dəyərləri şübhə altına qoyur: “Bizim demokratiyamız bu cür işləmir”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…