Bakı Dövlət Universitetində (BDU) Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən, yay semestri təşkil olunub. Bu barədə BDU-dan məlumat verilib.

Yay semestri 2022-2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin fənlər üzrə akademik borclarının ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınaraq təşkil edilir.

BDU-da yay semestrinin 6 həftə ərzində keçirilməsi nəzərdə tutulub. Ümumilikdə yay semestri dərslərində 200-dən artıq fənn üzrə 975 bakalavr və 29 magistr iştirak edir.xeber100.com