Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində akademik Rəfiqə Əliyevanın 90 illiyinə həsr olunmuş Azərbaycan təbiətinin füsunkarlığını özündə əks etdirən “Təbiət qığılcımı” adlı fotomüsabiqə keçirilib.Bu barədə BDU-dan məlumat verilib.Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın müxtəlif bölgələrinin gözəlliyini fotolar vasitəsilə təbliğ etmək, gənc nəslin ekoloji tərbiyəsini gücləndirməkdir.İki mərhələdə keçirilən müsabiqənin finalında 34 namizədin 65 fotosu qiymətləndirilib.Yekun qiymətləndirmənin nəticələrinə əsasən, müsabiqədə I yerə Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə I kurs tələbəsi Fərid Ağababalının Oğuz rayonu ərazisində çəkdiyi “Ağaclıq” fotosu layiq görülüb. II yeri Balakən rayonu ərazisində çəkdiyi “Daşlar” fotosu ilə Torpaqşünaslıq ixtisaslaşması üzrə II kurs magistrantı Cavid Nurməmmədov tutub. III yerə isə Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə I kurs tələbəsi Fərid Ağababalının Oğuz rayonu ərazisində çəkdiyi “Meşə”, Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə cari ilin məzunu Xalidə Şabanovanın Zaqatala rayonu ərazisində çəkdiyi “Lil fraksiyaları” fotoları layiq görülüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…