Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı qəbul olunub. Bu barədə BDU Elmi şurasının iclasında qərar qəbul edilib. BDU-dan bildirilib ki, universitetin rektoru Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasını xatırladaraq qeyd edib ki, artıq BDU-nun fakültələrində və Məşvərət Şurasında Ulu Öndərin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar müzakirələr aparılıb və təkliflər dinlənilib. Tədbirlər planında Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, Bakı Dövlət Universitetinin ən böyük məzunu Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı beynəlxalq konfransların, seminarların keçirilməsi, kitabların hazırlanması, xüsusi mühazirələrin və dərslərin təşkili, “Heydər Əliyev təqaüdü”nün təsis olunması və s. məsələlər əks olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…