Belarus – Azərbaycan oyunu “Karadjordje” stadionunda keçiriləcək

28 Aprel 2022 13:15

Xəbər 371 dəfə oxunub

Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində iyunun 6-da səfərdə Belarus yığmasına qarşı keçirəcəyi oyunun məkanı müəyyənləşib.AFFA-nın saytı xəbər verir ki, Belarus – Azərbaycan oyunu Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.Turnirin C liqasının 3-cü qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Slovakiya, Belarus və Qazaxıstan milliləridir.xeber100.com