“Benfika” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

28 İyun 2021 14:36

Xəbər 450 dəfə oxunub

Portuqaliyanın “Benfika” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, Portuqaliya təmsilçisi “Monako”dan Jil Diaşı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.İyirmi dörd yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.Qeyd edək ki, 2015-ci ildən “Monako”da çıxış edən futbolçu ötən mövsümü icarə əsasında “Famalikan”da (Portuqaliya) keçirib.xeber100.com