Berlin kino forumu mövsümünü açıq elan edib. Artıq 68-ci dəfə keçirilən kino festivalının əsas müsabiqəsində 19 film iştirak edir, ümumilikdə isə forum çərçivəsində 400-dən çox film nümayiş olunacaq. Almaniya paytaxtı 10 gün ərzində dünya kinosunun paytaxtına çevriləcək.Euronews telekanalı xəbər verir ki, Festival Ues Andersonun “İt adası” filmi ilə açılıb. Bütün diqqətlər çəkiliş qrupuna və səslərini animasiya filminin personajlarına verən aktyorlara yönəlib. Nəticədə kimin “Qızıl ayı”ya layiq olduğuna əsas müsabiqənin jürisi qərar verəcək.Berlin beynəlxalq kino festivalı ilk dəfə 1951-ci il iyunun 6-da keçirilib. Festivalın əsası İkinci Dünya müharibəsində müttəfiq olan ABŞ, Böyük Britaniya və Fransa tərəfindən qoyulub. “Berlinale” Kann və Venesiya festivalları ilə birgə kino aləminin ən iri və nüfuzlu forumu sayılır. Müxtəlif illərdə İnqmar Berqman, Mikelancelo Antonioni, Fransa “yeni dalğasının” rejissorları – Jan-Lük Qodar, Klod Şabrol və başqa görkəmli rejissorların filmləri Berlin kino festivalında uğur qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…