Azərbaycan diaspor təşkilatlarının iyunun 7-də Berlində birgə təşkil etdiyi aksiya ilə eyni vaxtda “Sərhədsiz reportyorlar” jurnalistləri müdafiə təşkilatı ölkəmiz əleyhinə piket keçirməyə cəhd edib. Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, “Sərhədsiz reportyorlar”ın təşkil etdiyi aksiyada qondarma “Dağlıq Qarabağ respublikası”nın da “bayrağı” qaldırılıb. Azərbaycan diasporunun nümayəndələri təşkilatın üzvlərinə yaxınlaşaraq, separatçı rejimin “bayrağı”nın hansı məqsədlə bu aksiyaya gətirildiyinə dair izahat tələb ediblər. “Sərhədsiz reportyorlar” təşkilatının üzvləri azərbaycanlıların təkidli sorğularına susaraq cavab verməyiblər. Yalnız soydaşlarımızın təkidli etirazlarından sonra təşkilat üzvləri həmin bayrağı yığışdırıblar. Azərbaycan diaspor təşkilatları “Sərhədsiz reportyorlar” jurnalistləri müdafiə təşkilatının aksiyasında baş verən bu insidentlə bağlı həmin qurumun mərkəzi ofisinə xüsusi sorğu göndərməyi planlaşdırır. Sorğuda qurumun təşkil etdiyi aksiyada separatçı rejimə dəstək ifadə edilməsinə dair izahat verilməsi tələb olunacaq. Xatırladaq ki, iyunun 7-də Berlin Azərbaycan Evinin, Bilefeld Alman-Azərbaycan Mədəniyyət Mərkəzinin, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin və Azərbaycanlı Tələbələr Şəbəkəsinin (ASN) təşkilatçılığı ilə Azərbaycan diaspor təşkilatlarının Berlində aksiyası keçirilib. Aksiyada 200-dən çox həmvətənimiz iştirak edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…