Danimarka Xalq Partiyasının təmsilçisi Syoren Espersen “Berlingske” qəzetinə müsahibəsində bildirib ki, krallıq müsəlman ölkələrindən immiqrasiya praktikasını müvəqqəti olaraq dayandırmalıdır. O, deyib: “Müsəlman miqrantlarına Danimarkaya immiqrasiya növbəti dörd və ya altı ildə qadağa edilməlidir. Çünki biz Avropada son terror hücumlarından sonra vəziyyəti araşdırmalıyıq”. Deputatın bu təklifi sərt tənqidlə qarşılanıb. Sosial-Demokrat Partiyasının simasında müxalifət nümayəndələri bildiriblər ki, bütün müsəlman qaçqınlarını ekstremistlə eyniləşdirmək düzgün deyil. Onlar deputatın bu bəyanatını müsəlmanların ABŞ-a gəlməsinə qadağa təklifi ilə çıxış etmiş Respublikaçılar Partiyasından prezident postuna namizəd Donald Trampın planı ilə müqayisə ediblər. Danimarka İnsan Haqları İnstitutunun icraçı direktoru isə KİV-ə müsahibəsində bildirib ki, Danimarka Xalq Partiyasının təklifi diskriminasiya xarakteri daşıyır və dövlətin qoşulduğu insan haqları konvensiyalarına ziddir. Qeyd edək ki, Danimarka Xalq Partiyası özünün immiqrasiya əleyhinə və millətçilik mövqeyi ilə tanınır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…