Futbol üzrə Türkiyə çempionatının ilk turunun növbəti oyununda çempionluq uğrunda mübarizə aparan komandalardan “Beşiktaş” öz meydanında “Akhisarspor”la qarşılaşıb.Azərtac xəbər verir ki, görüş “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçisinin portuqaliyalı futbolçusu Pepenin vurduğu qolla hesab açılıb. Bundan üç dəqiqə sonra “qara qartallar”ın niderlandlı oyunçusu Ryan Babel komandasının ikinci qolunu vurub.Fasilədən sonra görüşün 56-cı dəqiqəsində Yevqeni Seleznyovun qolu ilə ev sahibləri hesab arasındakı fərqi azaldıblar.Beləliklə, Şenol Günəşin baş məşqçisi olduğu komanda rəqibini 2:1 hesabı ilə məğlub edərək Türkiyə Superliqasında mövsümə qələbə ilə başlayıb.Baş hakim Bülent Yıldırımın idarə etdiyi qarşılaşma bir sıra gərgin anlarla yadda qalıb. Görüşdə komandaların futbolçularına, ümumilikdə, doqquz sarı vərəqə göstərilib.Xatırladaq ki, “Akhisarspor” avqustun 5-də Türkiyə Superkuboku uğrunda oyunda ötən mövsümün çempionu “Qalatasaray”dan üstün olaraq kuboka sahib olmuşdu.Qeyd edək ki, günün digər qarşılaşmasında “Yeni Malatyaspor” komandası “Göztəpə”yə 3:1 hesabı ilə qalib gəlib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…