“Beşiktaş” futbol klubu “Dinamo Kiyev”lə müqavilə imzalayıb

5 Oktyabr 2017 11:11

Xəbər 829 dəfə oxunub

İstanbulun “Beşiktaş” futbol klubu Ukraynanın “Dinamo Kiyev” komandasının müdafiəçisi ilə razılığa gəlib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, İstanbul təmsilçisi xorvatiyalı Domaqoy Vida ilə ilkin müqavilə imzalayıb. Müqavilə yanvarın 1-dən qüvvəyə minəcək.Qeyd edək ki, futbolçunun Ukrayna klubu ilə müqaviləsi yanvarda bitir.xeber100.com