“Beşiktaş” futbol klubu futbolçu transfer etmək istəyir

4 Avqust 2020 18:43

Xəbər 1174 dəfə oxunub

“Beşiktaş” klubu İngiltərə Premyer Liqasından futbolçu transfer etmək istəyir.Azərtac xəbər verir ki, komanda “Norviç”in finlandiyalı hücumçusu Tyemu Pukkini heyətə cəlb etmək üçün çalışır.Tərəflər arasında razılaşmanın şərtləri ilə bağlı hələlik məlumat verilmir. Türkiyə mətbuatının məlumatına görə, “Norviç” futbolçu ilə bağlı açıqlama verib. İngiltərə tərəfi 30 yaşlı oyunçunun bir neçə klubun diqqətində olduğunu vurğulayıb. Lakin hazırda ən iddialı tərəfin isə Türkiyənin “Beşiktaş” klubu olduğunu bildirib.xeber100.com