“Beşiktaş” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

8 İyul 2022 15:35

Xəbər 360 dəfə oxunub

Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni futbolçu cəlb edib.Klubun rəsmi saytı xəbər verir ki, İstanbul təmsilçisi “Standard”dan (Belçika) Cekson Mulekanı transfer edib.İyirmi iki yaşlı hücumçu ilə beşillik müqavilə imzalanıb.Qeyd edək ki, futbolçu ötən mövsümü icarə əsasında “Kasımpaşa”da keçirib. O, bu müddət ərzində 14 matçda 12 qol vurub.xeber100.com