“Beşiktaş” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

10 Avqust 2021 15:05

Xəbər 365 dəfə oxunub

“Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı hücumçu Aleks Teyşeyranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Artıq Türkiyədə olan 31 yaşlı futbolçu yeni klubu ilə üçillik müqavilə bağlayıb.Qeyd edək ki, “Vasko da Qama”, “Şaxtyor” (Donetsk) kimi klublarda çıxış edən Teyşeyra son olaraq Çinin “Tszyansu” komandasında oynayıb. O, son mövsümdə 20 oyuna 10 qol vurub, 4 məhsuldar ötürmə edib.xeber100.com