“Beşiktaş” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

28 Avqust 2021 11:09

Xəbər 391 dəfə oxunub

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, İstanbul təmsilçisi gənc yarımmüdafiəçi Can Bozdoğanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Almaniyanın “Şalke” klubundan icarəyə götürülən 20 yaşlı futbolçu, mövsümün sonunadək “Beşiktaş”ın uğurları üçün çalışacaq.Bozdoğan “Şalke”nin öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında da forma geyinməyə başlayıb. Yarımmüdafiəçi Almaniya vətəndaşlığını daşıdığından, bu ölkənin U-15, U-16, U-17, U-18 və U-20 yığmalarında da oynayıb.xeber100.com