“Beşiktaş” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

24 Avqust 2022 10:34

Xəbər 342 dəfə oxunub

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.İstanbul təmsilçisi “Sivasspor”dan Kerem Atakan Kesgini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.“Beşiktaş” 21 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyununadək müqavilə imzalayıb.Qeyd edək ki, futbolçu “Sivasspor”a 2020-ci ilin yayında “Göztepe”dən transfer olunmuşdu. O, son mövsümdə 27 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com