“Beşiktaş” futbol klubu ilk transferini reallaşdırıb

16 İyul 2019 19:06

Xəbər 728 dəfə oxunub

İstanbulun “Beşiktaş” futbol klubu yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.Azərtac xəbər verir ki, İstanbul təmsilçisi “Vitoriya de Gimarayeş” komandasında forma geyinən Tayler Boydu transfer edib. ABŞ millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. T.Boyd yeni klubunda ilinə 1,2 milyon avro qazanacaq.Qeyd edək ki, “Beşiktaş” bu transferə görə Portuqaliya təmsilçisinə 2,4 milyon avro ödəyəcək.xeber100.com