Son Türkiyə çempionu “Beşiktaş” İtaliyanın “İnter” komandasından Qari Medeli heyətinə cəlb edib.Azərtac Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Qara qartallar” Çili yığmasının üzvü ilə üçillik müqavilə imzalayıb.“Beşiktaş”ın otuz yaşındakı dayaq müdafiəçisinin transferi üçün Milan klubuna iki milyon yarım avro ödəyəcəyi bildirilir.Təcrübəli futbolçunun avqustun 11-də İstanbula gəlməsi və ictimaiyyətə təqdim olunması gözlənilir.Qeyd edək ki, peşəkar karyerasına 2005-ci ildə Çilinin “Universidad Katolika” komandasında başlayan Q.Medel sonralar Argentinanın “Boka Xuniors”, İspaniyanın “Sevilya” və İngiltərənin “Kardiff siti” klublarının heyətində çıxış edib. 2014-cü ildə səkkiz milyon avroya “İnter” komandasına transfer olan futbolçu ötən mövsüm İtaliya klubunun heyətində 30 matçda oynayıb. Müdafiəçi Çili milli komandasının heyətində 100-dən çox görüşdə çıxış edib və 7 qol vurub.Xatırladaq ki, İstanbul klubu bir müddət əvvəl “Real Madrid”in portuqaliyalı futbolçusu Pepeni, “Valensiya” komandasının ispaniyalı hücumçusu Alvaro Neqredonu da transfer edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…