“Beşiktaş” klubu Türkiyə milli komandasının və “Trabzonspor”un hücumçusu Burak Yılmazı transfer edib.Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, 33 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Cari mövsümdə “Trabzonspor”un heyətində 7 oyunda 5 qol vuran hücumçu yeni klubunda ildə 2,5 milyon avro qazanacaq.B.Yılmaz son dəfə İstanbul komandasına 2006-cı ildə “Antalyaspor”dan keçib. Lakin o, 2007-2008-ci il mövsümünün ortasında “Manisaspor”a icarəyə verilib. Həmin il müqavilə ilə məxsus olduğu “Beşiktaş”dan ayrılan B.Yılmaz sonralar Türkiyənin “Fənərbağça”, “Qalatasaray” və “Trabzonspor” komandalarında futbolçu karyerasını davam etdirib. Təcrübəli futbolçu bir müddət Çinin “Beytszin Qoan” klubunun da formasını geyinib.B.Yılmaz Türkiyə millisinin heyətində 51 oyunda 23 dəfə fərqlənib.Qeyd edək ki, “Beşiktaş” komandası Türkiyə Superliqasında turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…