“Beşiktaş” – “Qarabağ” yoldaşlıq görüşünə ciddi hazırlıq…

15 Dekabr 2016 10:51

Xəbər 906 dəfə oxunub

“Beşiktaş” futbol klubu “Qarabağ”la təşkil olunacaq yoldaşlıq görüşünə ciddi hazırlaşır.Azərtac xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.Türkiyə mətbuatında “ağ-qaralar”ın dövrələrarası fasilədə Bakıya tam heyətlə gələcəkləri vurğulanıb. Səfər zamanı klub prezidenti Fikrət Orman da komanda ilə birlikdə olacaq.Onlar oyunla yanaşı, paytaxtımızda fəaliyyət göstərəcək “Qartal yuvası” mağazasının açılışında da iştirak edəcəklər. Həmin idman mağazasında isə yalnız “Beşiktaş”a aid formalar, geyim dəstləri və toplar satılacaq.xeber100.com