Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası futbolçuların reytinq cədvəlini yeniləyib

31 Oktyabr 2023 14:01

Xəbər 250 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS ) ən çox oyun keçirən futbolçuların reytinq cədvəlini yeniləyib. 1000-dən çox matçda meydana çıxmış futbolçuların yer aldığı siyahıda bir dəyişiklik olub. Xorvatiya millisi və İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriçin adı reytinqə əlavə edilib. Siyahıda olan 21 oyunçudan altısı peşəkar karyerasını davam etdirir. Sıralamaya Braziliya millisinin sabiq qapıçısı Rocerio Seni (1225 oyun) başçılıq edir. İngiltərəli veteran qolkiper Piter Şilton (1217) ikinci, R. Seninin həmyerlisi Fabio (1192) üçüncü sırada qərarlaşıb. Hazırda Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu (1191) isə dördündü pillədə yer alıb.

Ən çox oyun keçirən futbolçuların siyahısı:

1. Rocerio Seni (Braziliya) – 1225 oyun (1993-2015)

2. Piter Şilton (İngiltərə) – 1217 oyun (1966-1996)

3. Fabio (Braziliya) – 1192 oyun (1997-)

4. Kriştianu Ronaldu (Portuqaliya) – 1191 oyun (2002-)

5. Roberto Karlos (Braziliya) – 1090 oyun (1991-2015)

6. Canluici Buffon, (İtaliya) – 1070 oyun (1995-2013)

7. Rey Klemans (İngiltərə) – 1069 oyun (1965-1988)

8. Xavyer Zanetti (Argentina) – 1067 oyun (1993-2014)

9. Dani Alves (Braziliya) – 1056 oyun (2001-)

10. İker Kasilyas (İspaniya) – 1048 oyun (1999-2019)

11. Patrik Cenninqs (Şimali İrlandiya) – 1 046 oyun (1963-1986)

12. Lionel Messi (Argentina) – 1045 oyun (2004-)

13. Qlenn Ferqyuson (Şimali İrlandiya) – 1 041 oyun (1987-2011)

14. Raul Qonsales (İspaniya) – 1034 oyun (1994-2015)

15. Paolo Maldini (İtaliya) – 1028 oyun (1985-2009)

16. Yasuhito Endo (Yaponiya) – 1028 oyun (1998-)

17. Rayan Giqqz – (Uels) 1027 oyun (1990-2014)

18. Xavi Ernandes (İspaniya) – 1017 oyun (1998-2019)

19. Noel Beyli (Şimali İrlandiya) – 1013 oyun (1989-2011)

20. Frenk Lempard (İngiltərə) – 1009 oyun (1995-2016)

21. Luka Modriç (Xorvatiya) – 1000 oyun (2003-)xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02