Naftalan sakit və kiçik şəhər olmasına baxmayaraq, Azərbaycanın beynəlxalq əhəmiyyətli məşhur müalicəvi kurort turizm mərkəzidir. Burada dünyada analoqu olmayan, xüsusi iyə malik qara-qəhvəyi və qonur rəngli qatı maye – Naftalan nefti hasil edilir. Naftalan neftinin nadir xüsusiyyətləri və yüksək təbii tibbi təsirə malik olması 100 ildən artıq müddətdə bir çox elmi tədqiqat və xəstəliklərin müalicəsində istifadə edilməklə qazanılmış təcrübə nəticəsində təsdiqlənib. Müalicəvi Naftalan kurort terapiyasının digər metodları və təbii amillər (əlverişli ekoloji şərait və təmiz şam ağacı havası) birgə oynaq xəstəliklərinin, eləcə də nevroloji, uroloji, ginekoloji, dəri və digər xəstəliklərin müalicəsində böyük rol oynayır. Hazırda bu imkanlardan məharətlə yararlanan Naftalan şəhərində müasir turizm infrastrukturunun geniş şəbəkəsi qurulub. Hələ keçmiş SSRİ dövründən ümumittifaq miqyasında böyük şöhrət tapan Naftalan bu gün özündə təbii amilləri, tibbi kurort nailiyyətlərini, Avropa komfortunu, Azərbaycanın qonaqpərvərliyini və əlverişli qiymətlərə malik göndərişləri ehtiva edən müasir istirahət və müalicə mərkəzi kimi həm keçmiş ənənəni qoruyub saxlayır, həm də Avropadan və Uzaq Şərqdən olan xarici turistləri özünə cəlb edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…