Noyabrın 16-da Bakı Ekspo Mərkəzində 7-ci Azərbaycan beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology”) öz işinə başlayıb. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.Azərtac xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin iştiraki ilə sərgiyə baxış keçirilib. Məlumat verilib ki, bu il sərgidə dünyanın 14 ölkəsindən 62 şirkət iştirak edir. Onların arasında Azərbaycanla yanaşı, Almaniya, Çexiya, Danimarka, İngiltərə və digər ölkələrdən şirkətlər var. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Təmiz Şəhər” ASC, IDEA İctimai Birliyi, Azertexnolayn, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC təmsil olunur. Bu il Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi sərgidəki stendində ölkəmizdə həyata keçirilən birgə ekoloji layihələri nümayiş etdirir. “Caspian Ecology” sərgisində “Arkon Flow Systems” (Çexiya), “BLUCAST JSC” (Litva), “DIKKAN” (Türkiyə) şirkətləri ilk dəfə iştirak edirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…