Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə oktyabrın 18-20-də Bakıda “Xəzər regionunda və Mərkəzi Asiyada enerji sektorunda qlobal hadisələrin nəticələri” mövzusunda III Avrasiya konfransı keçiriləcək.Azərtac IAEE-yə istinadla xəbər verir ki, konfransda Xəzər regionunda ucuz enerji qiymətləri fonunda alternativ və bərpaolunan enerji layihələrinin inkişafı perspektivləri, davamlı inkişaf üçün enerji siyasəti, elektrik enerjisi sahəsində iş birliyi, enerji səmərəliyi və saxlanılma yerləri, həmçinin alternativ və bərpaolunan enerji mənbələri üzrə regional strategiya kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.Konfransda SOCAR, Energetika və İqtisadiyyat nazirliklərinin, “BP Azerbaijan”, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, “Cənub Qaz Dəhlizi” QSC, “SOCAR Polymer” və digər beynəlxalq təşkilatların rəhbər nümayəndələri iştirak edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…