Beynəlxalq atletika turnirinin açılış mərasimi olub

28 Yanvar 2017 14:19

Xəbər 807 dəfə oxunub

Yanvarın 27-də Respublika Olimpiya Mərkəzində İdman Ustası Aleksandr Antipovun xatirəsinə həsr edilən beynəlxalq atletika turnirinin açılış mərasimi olub.Azərtac xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının baş katibi Fırat Hüseynov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva və Saxa Yakutiya Respublikasının Milli İdman Növləri Mərkəzinin əməkdaşı Maksim Oeqosturov idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb, ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıblar. Natiqlər A.Antipovun Azərbaycan atletikasına verdiyi töhfələr, qazandığı uğurlar barədə məlumat veriblər.xeber100.com