İran uranın zənginləşdirilməsində 4,5 faizlik həddə çatıb.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) üzv dövlətlərə verdiyi məlumatda deyilir. Diplomatik dairələrdən mətbuata sızan məlumatlara görə, İranın zənginləşdirilmiş uran ehtiyatları 213,5 kiloqrama çatıb.2015-ci ildə İranla bağlanmış beynəlxalq nüvə razılaşmasına əsasən, İran uranın zənginləşdirmə dərəcəsi ilə bağlı 3,67 faizlik həddi keçməmək barədə öhdəlik götürmüşdü. 2018-ci ilin may ayında ABŞ razılaşmadan birtərəfli qaydada geri çəkildikdən sonra İran da bu ölkəyə qarşı sanksiyaların ləğv edilməməsini əsas gətirərək, razılaşmanın şərtlərinə əməl etməkdən boyun qaçırıb. İran tərəfi iyulun 7-dən etibarən bu razılaşmada göstərilən maksimal həddin keçərli olmadığını və uran zənginləşdirilməsində müstəqil plan icra edəcəyini elan edib.Qeyd edək ki, beynəlxalq razılaşmaya əsasən, İran 202,8 kiloqram zənginləşdirilmiş urana sahib ola bilər. Hazırda Aİ ölkələri və BAEA İranla bu ölkənin nüvə proqramına dair razılaşmanı xilas etmək və ya yeni razılaşma əldə etmək üçün bütün mümkün diplomatik vasitələrdən yararlanmağa çalışırlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…