Beynəlxalq Avtomobil Federasiyasının məlumatı

7 İyun 2017 11:25

Xəbər 696 dəfə oxunub

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula-1 üzrə yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq iyunun 6-da Bakıya səfər edərək trekin yarışa hazırlığını yerində incələyib.Azərtac xəbər verir ki, Çarli Vaytinqin Bakıya səfərindən əvvəl Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar lazımi hazırlıqların böyük hissəsini tamamlayan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti son işləri intensiv şəkildə həyata keçirir.Bu il keçiriləcək Azərbaycan Qran-Prisindən iki həftə əvvəl ölkəyə səfər edən Çarli Vaytinq trekin və onun ətrafında yerləşən qurğuların yarışın standartlarına uyğun olub-olmadığını yoxlayıb. Trekə keçirdiyi baxışdan sonra mətbuatın qarşısına çıxan Çarli Vaytinq Formula-1 təqvimindəki ən yeni trekin yarışa hazırlığının yüksək səviyyədə olduğunu bildirib: “Bakı şəhər halqası yarışa tam hazırdır. Hər şey çox gözəl təşkil olunub. Bu il təşkilatçılar ötən ilə nisbətən daha hazırlıqlıdırlar. Ötən il Bakıda yarış xoş sürprizlə yadda qalmışdı. Əminəm ki, bu il də hər şey çox yaxşı olacaq.FIA nümayəndəsi trasda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu vurğulayıb: “Bütün trası nəzərdən keçirdim. Bakı şəhər halqasında heç bir təhlükə yoxdur. Yarışlarda bəzi texniki dəyişikliklər var. Mən və pilotlar bu dəyişikliklərdən məmnunuq”.Ç.Vaytinq şəhərdə tras boyu əlavə hasarların quraşdırılmasının tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olduğunu bildirib.Qeyd edib ki, Formula-1 bolidləri və təkərlərinin bir qədər enlənməsi səbəbindən ötən ildən daha yüksək sürətin olması gözlənilmir: “Ötən il maksimal sürət saatda 378 kilometr olmuşdu. Bu il də o qədər və ya bir qədər az sürətin olması nəzərdə tutulur. Lakin bu il halqa rekordu qırıla bilər və böyük ehtimalla qırılacaq. Ötən il Bakıda keçirilən Formula-1 yarışında dövrə rekordu, yəni 6 kilometrlik dövrənin qət edilməsi 1 dəqiqə 46 saniyə olmuşdu”.Azərbaycan marşallarının hazırlıq səviyyəsini yüksək qiymətləndirən FIA rəsmisi onların ötən il Bakıda təşkil olunan ilk Formula-1 yarışında vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini diqqətə çatdırıb.Vurğulayıb ki, səfərim zamanı marşalların hazırlığından bəhs edən bir neçə videonu izlədim. Əminəm ki, builki yarışda da marşallar yüksək peşəkarlıq nümayiş etdirəcəklər.Xatırladaq ki, Formula-1 üzrə Azərbaycan Qran-Prisi iyunun 23-25-də Bakıda keçiriləcək.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02