Roma küçələrində Formula E yürüşləri hələ 5 il də keçiriləcək. İtaliya paytaxtının hakimiyyət orqanları buna razılıq verib və indi bu planları Beynəlxalq Avtomobil Federasiyasının (FIA) avtomobil idmanı üzrə Ümumdünya Şurası təsdiqləməlidir.Azərtac xəbər verir ki, Roma Şəhər Şurasının aprelin 24-də keçirilən iclasında elektromobillərdə yürüş üzrə dünya çempionatının mərhələsinə azı 2025-ci ilədək ev sahibliyi etmək barədə qərar qəbul olunub.Formula E çempionatının yaradıcısı və prezidenti Alexandro Aqaq deyib: “Biz bu mühüm nailiyyət və yeni uzunmüddətli əməkdaşlığa başlanması barədə fəxrlə bəyan edirik. Biz Romanın meri Virciniya Raciyə və bütün şəhər administrasiyasına göstərdikləri yardıma görə minnətdarlığımızı bildiririk. Bu, onların sayəsində mümkün olub. İtaliya bazarı bizim üçün strateji əhəmiyyət kəsb edir və biz bu ölkə ilə işləməyi davam etdirmək niyyətindəyik. Bu, bizim seriyanın populyarlığının bundan sonra da artırılmasına kömək edəcək”.Bu mövsüm Formula E çempionatının İtaliya mərhələsi aprelin 4-nə planlaşdırılmışdı. Lakin COVID-19 pandemiyası ilə bağlı baş verən vəziyyətlə əlaqədar yarışlar qeyri-müəyyən vaxtadək təxirə salınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…