“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 25 iyun – Dənizçilər Günü və 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə özəl kampaniyaya start verir.Bankdan Azərtac-a bildiriblər ki, ABB-nin maaş kartına sahib hərbçi və dənizçilər kampaniyadan faydalanaraq nağd pul kreditini bu bankdan 2 faiz endirimlə əldə edə bilərlər. Kampaniya iyunun 21-dən iyulun 5-dək qüvvədədir.Kampaniyanın özəllikləri: kreditin məbləği – 15.000 manatadək, kreditin müddəti – 36 ayadək, illik faiz dərəcəsi – 2 faiz endirimlə, 3000 manatadək zaminsiz, kreditin rəsmiləşdirilməsi komissiyasız.Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti “Azərbaycan Beynəlxalq Bankı”nın bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…