Azərbaycan Beynəlxalq Bankının iyulun 1-nə aktiv ödəniş kartlarının sayı 1 milyon 286 min 100-ə çatıb. Bankdan Azərtac-a bildiriblər ki, ötən bir il ərzində xidmətin keyfiyyətinin yüksəldilməsi, ATM şəbəkəsinin daha səmərəli qaydada qurulması fiziki şəxslərlə yanaşı, korporativ müştərilərin də Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlığa marağını artırıb. Bunun nəticəsində maaş kartlarının sayında ciddi artım baş verib. Hesabat dövründə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə banka aid maaş kartlarının sayı 44 min 600 ədəd artaraq 456 min 600 olub. Bu il ərzində bankın ödəniş kartları ilə ümumilikdə 13,715,261 əməliyyat aparılıb. Hazırda bankın 743 ATM-si fəaliyyətdədir və bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11 min 124 POS-terminalı müştərilərin xidmətindədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…