Beynəlxalq Basketbol Federasiyasının məlumatına görə…

10 Aprel 2020 18:30

Xəbər 499 dəfə oxunub

2021-ci ildə keçirilməsi nəzərdə tutulan kişi basketbolçular arasında Avropa çempionatı 2022-ci ilədək təxirə salınıb.Azərtac Beynəlxalq Basketbol Federasiyasına istinadla xəbər verir ki, bu qərar 2021-ci ildə təşkil olunacaq “Tokio-2020” Yay Olimpiya Oyunlarına görə verilib.Qitə birinciliyi 2022-ci il sentyabrın 1-dən 18-dək təşkil olunacaq. Həmin vaxtda, həmçinin Amerika kuboku yarışları da baş tutacaq.Kişi basketbolçular arasında Olimpiya təsnifat yarışları gələn il iyunun 22-dən iyulun 4-dək, dünya çempionatının seçmə mərhələsi isə 2022-ci ilin avqustunda keçiriləcək.xeber100.com