Beynəlxalq Basketbol Federasiyası (FIBA) öz saytında milli federasiyalar üçün koronavirus pandemiyasından sonra yarışların bərpası ilə bağlı tövsiyə xarakterli məlumat dərc edib.Azərtac xəbər verir ki, təlimat FIBA-nın Tibbi Komissiyasının rəhbəri doktor Piter Harkort tərəfindən Tibbi Məsləhət Qrupu, eləcə də Oyunçular Komissiyası ilə müzakirə edildikdən sonra hazırlanıb.Qurum mövsümü mərhələli şəkildə bərpa etməyi təklif edib. İlk mərhələdə məşqçilərin minimum dəstəyi ilə fərdi hazırlıq olmalıdır. Bundan sonra isə kollektiv məşqlərə başlamaq olar. Təlim-məşq toplanışının yarışın startından 3-6 həftə əvvəl başlaması məsləhət görülüb.FIBA oyunların azarkeşlərin iştirakı ilə keçirilməsinə qarşıdır. Həmçinin matçların yenidən başlaması ilə bağlı bütün aktual problemləri yerli rəhbərliklə həll etməyi tövsiyə edib. Bundan başqa, qurum basketbolçuların koronavirus testindən keçirilməsinin vacib olduğunu bildirib.Qeyd edək ki, bütün dünyada basketbol yarışları mart ayında pandemiya səbəbindən təxirə salınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…