Beynəlxalq Basketbol Federasiyasının təşkilatçılığı ilə…

2 Sentyabr 2019 14:36

Xəbər 501 dəfə oxunub

“Zirvə-Astara” komandası Beynəlxalq Basketbol Federasiyasının (FİBA) təşkilatçılığı ilə keçirilən 3×3 basketbolu üzrə 2019-cu il dünya turundakı çıxışını başa vurub.Azərtac xəbər verir ki, basketbolçularımız Xorvatiya, Polşa, Latviya, Belarus və İsveçrə mərhələlərində qüvvələrini sınayaraq uğur qazanmağa çalışıblar.“Zirvə-Astara”nın heyətində Amil Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams və Marşal Obrian Mozes kimi tanınmış basketbolçular oynayıblar.Komandamız “Atupri 3×3 Swiss Tour Final Zurich”, “Ghetto Basket. Riga #13. Quest Stop”, “Palova Round 3” və “Mistrzostw Radomia 2019” turnirlərindən sonra son olaraq Xorvatiyanın Oqulin şəhərində keçirilən “StreetballOG” yarışında qüvvəsini sınayıb.Sonuncu yarışda “Zirvə-Astara” C qrupunda yer alıb. Burada basketbolçularımız 2 oyun keçiriblər. “Nyu Strit Boyz” və “Rey Çarlz”a qalib gələn komandamız 1/4 finala yüksəlib. Burada idmançılarımız “Drvoysyeçe” komandasına 21:10 hesabı ilə qalib gələrək yarımfinala çıxıblar. “Spalato A2” ilə üz-üzə gələn “Zirvə Astara” 11:21 hesabı ilə məğlub olub. Ancaq üçüncü yer uğrunda qarşılaşma uğurlu alınıb. Basketbolçularımız bürünc medal uğrunda mübarizədə “Tesla”ya 21:19 hesabı ilə qalib gələrək fəxri kürsüyə qalxmağı bacarıblar.xeber100.com