Beynəlxalq boks turniri start götürüb

7 İyun 2018 10:52

Xəbər 842 dəfə oxunub

Dağıstanda dövlət xadimi Maqomedsalam Umaxanovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçirilir. Bu görkəmli ictimai-siyasi xadimin anadan olmasının yüzilliyinə həsr olunmuş turnirdə 16 ölkədən 140 idmançı, o cümlədən Azərbaycan təmsilçiləri iştirak edirlər.Azərtac xəbər verir ki, Kaspiysk şəhərində XX beynəlxalq turnirin açılışı olub. Yarış iyunun 12-də başa çatır.Qeyd edək ki, Maqomedsalam Umaxanovun xatirəsinə həsr olunmuş ilk turnir 1996-cı ildə keçirilib.xeber100.com