Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə “Beynəlxalq Budapeşt Star – 2019” yarışması keçirilib.Azərtac xəbər verir ki, Polşa, Ukrayna, Çexiya, Slovakiya, Almaniya, Latviya, Belçika, İsrail, Xorvatiya və Rusiyanın çoxsaylı klublarının mübarizə apardığı turnirdə ölkəmizi yenə də Macarıstanda yaşayan həmyerlimiz – səkkiz yaşlı gimnast Mina Abbasova təmsil edib. O, 2010-cu il təvəllüdlü gimnastlar arasında fərdi yarışlarda fərqlənərək, ikinci yerə layiq görülüb və gümüş medal qazanıb.Balaca gimnastımız bundan öncə fevralın 8-10-da Polşanın Sosnoviç şəhərində keçirilən “Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışmasının qızıl medalına sahib olmuşdu. Beləliklə bu, fevral ayında Mina Abbasovanın qazandığı ikinci böyük qələbəsidir.Qeyd edək ki, 200-dək iştirakçının qatıldığı budəfəki yarışda Mina Abbasova iki qat Asiya çempionu, Rusiya və Özbəkistanın beynəlxalq səviyyəli idman ustası Elezaveta Nazarenkadan ustad dərslərində də iştirak edib. Ustad məşqçi balaca gimnastın imkanlarının çox böyük olduğunu xüsusi olaraq vurğulayıb.Balaca gimnastın ən böyük arzusu doğma Azərbaycanı dünya və olimpiya çempionatlarında təmsil etmək və bayrağımızı zirvələrə qaldırmaqdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…