Beynəlxalq Çempionlar Kuboku turnirində növbəti oyun keçirilib

21 İyul 2017 10:18

Xəbər 882 dəfə oxunub

Futbol üzrə Beynəlxalq Çempionlar Kuboku turnirində növbəti oyun keçirilib.Azərtac xəbər verir ki, ABŞ-ın Hyuston şəhərində Mançester derbisi baş tutub.Altımış yeddi mindən çox azarkeşin izlədiyi matçda əzəli rəqiblər – “Mançester Yunayted” və “Mançester Siti” qarşılaşıblar.“NRG Stadum”da keçirilən görüşdə “Mançester Yunayted” üç dəqiqə ərzində vurduğu 2 qol sayəsində qələbə qazanıb. “Qırmızı şeytanların” futbolçusu Lukaku 37-ci dəqiqədə hesabı açıb. Bu qoldan iki dəqiqə sonra Reşford hesab arasındakı fərqi iki topa çatdırıb.xeber100.com