Beynəlxalq Cüdo Federasiyasının (IJF) gender bərabərliyi üzrə komissiyası cüdoda qadınlar və kişilər arasında bərabərlik məsələlərinə dair ilk konfransı Bakıda keçirməyi planlaşdırır.Azərtac IJF-in rəsmi saytına istinadla xəbər verir ki, tədbir dünya çempionatından əvvəl qurumun yarışlar üzrə meneceri Liza Allanın sədrliyi ilə təşkil ediləcək.Konfransda IJF-in prezidenti Marius Vizerin, rumıniyalı deputat Rozalia-İbolya Bironun, Xorvatiya Cüdo Federasiyasının prezidenti Sanda Çorakın, Avstraliya Cüdo Federasiyasının prezidenti Keyt Korkerinin, yaponiyalı Akiko Amanonun, braziliyalı Yuko Fujinin, kosovolu Driton Kukanın və Maylinda Kelmendinin, avstriyalı Sabrina Filzmoserin və digər şəxslərin iştirakı planlaşdırılır.Konfransın sentyabrın 19-da “Hilton” otelində keçirilməsi nəzərdə tutulur.Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20–27-də Bakıda, Milli Gimnastika Arenasında təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…