Beynəlxalq Cüdo Federasiyasının (IJF) növbəti iclasında 2018 və 2019-cu illərdə cüdo üzrə dünya çempionatlarının keçiriləcəyi şəhərlərin adları açıqlanıb: həmin şəhərlər Azərbaycanın paytaxtı Bakı və Yaponiyanın paytaxtı Tokio şəhərləridir.IJF-in prezidenti Marius Vizer federasiyanın Bakı ilə bağlı qərarını şərh edərək deyib: “Bakının iri idman yarışları keçirməkdə böyük təcrübəsi var. Biz ənənəvi “Böyük dəbilqə” və 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsi təcrübəsinə əsaslanaraq belə qənaətə gəlmişik ki, Azərbaycan cüdo üzrə dünya çempionatını layiqincə keçirməyə qadirdir”.Yaponiyanın nümayəndəsi, cüdonun əfsanəsi sayılan Yasuxiro Yamasita isə bildirib ki, Tokioda dünya çempionatının keçirilməsi ölkəsinin 2020-ci ilə nəzərdə tutulan Tokio Olimpiadasına hazırlıq səviyyəsini sınaqdan keçirmək imkanıdır. Dünya çempionatı cüdonun ilk dəfə Olimpiya oyunlarının proqramına daxil edildiyi uzaq 1964-cü ildə Olimpiya turnirinin keçirildiyi əfsanəvi “Nippon Budokan” arenasında olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…