Noyabrın 22-24-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Atılım Fuarcılık” və “Elan Expo” şirkətləri ilə birgə Bakı Expo Mərkəzində II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisini (“Azerbaijan International Real Estate & Investment Exhibition” (RECEXPO)) keçirəcək. Komitədən Azərtac-a bildirilib ki, Azərbaycanın ən geniş, əhəmiyyətli daşınmaz əmlak və investisiya sərgisi olan “RecExpo II” beynəlxalq inşaat, daşınmaz əmlak şirkətləri tərəfindən öz layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır. Əsas məqsəd Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş olunması, habelə onların özəlləşdirmə prosesinə cəlb edilməsidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…