Dünya Turizm Təşkilatı (DTT) “Beynəlxalq Davamlı Turizm İli” çərçivəsində istehlakçıya yönələn və davamlı turizmin bütövlükdə inkişafa verə biləcəyi töhfələr barədə məlumatlılığın artırılmasını nəzərdə tutan “Səyahət et. Zövq al. Hörmət et” kampaniyasına başlayıb.Azərtac DTT-nin saytına istinadla xəbər verir ki, kampaniyanın məqsədi turizm sektorunun müsbət dəyişikliklər katalizatoruna çevrilməsi işinə turistlərin cəlb edilməsidir.Xatırladaq ki, DTT-nin baş katibi Taleb Rifai bu il qeyd olunacaq Dünya Turizm Günü (27 sentyabr) münasibətilə ictimaiyyətə müraciətində deyib: “Nə zaman səyahət etsəniz, hara səyahət etsəniz, həmin yerin təbiətinə, mədəniyyətinə və yerli əhalisinə hörmət etməyi unutmayın. Siz arzu edilən cəmiyyətə nail olunmasında dünyanı dəyişdirməyə qadirsiniz. Siz daha yaxşı gələcəyin elçisi ola bilərsiniz. Səyahət edin, zövq alın və hörmət edin”.Müxtəlif dillərdə və dünyanın müxtəlif ölkələrinə reallaşdırılacaq kampaniyaya DTT-nin Etika Komitəsinin hazırladığı “Məsuliyyətli səyahətçi üçün məsləhətlər” adlı rəhbər göstərişi də daxildir. Bu, turistlərin səfər vaxtı məsuliyyətli seçim etməsinə və getdiyi məntəqədə müsbət təsir göstərməsinə kömək edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…