İyunun 29-30-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ağız və üz-çənə cərrahiyyəsinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək.ATU-nun mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, konfransda Avropa Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin rəsmi nümayəndələri, eləcə də İtaliya, İngiltərə, Almaniya, Türkiyə, İran, Rusiya, Hindistan, Ukrayna, Gürcüstan, Qazaxıstan, İsrail və digər ölkələrdən dünya şöhrətli cərrahlar iştirak edərək ən yeni texnologiyaların tətbiqinə dair müzakirə və təcrübə mübadiləsi aparacaqlar.Elmi konfransda ötən ilin sentyabrında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin təqdimatı olacaq. Həmçinin yeni yaradılmış qurumun digər ölkələrdə bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq memorandumu imzalayacağı nəzərdə tutulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…