Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyənin Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda ikinci beynəlxalq elmi konfrans öz işinə başlayıb.Azərtac xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.ADPU-nun rektoru C.Cəfərov bildirib ki, konfrans Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqə və münasibətlərin genişləndirilməsi, bu sahədə yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Konfransın hər iki dövlətin elm və təhsil sahəsinin inteqrasiyasına səmərəli təsir göstərəcəyini söyləyən rektor deyib ki, beynəlxalq konfransın elmi istiqamətləri Azərbaycan-Türkiyə tarixi əlaqələrini, siyasi və iqtisadi münasibətləri, sosial-mədəni və ədəbi əlaqələri, elm və təhsil, turizm və ekologiya sahələrini əhatə edir.Oktyabrın 14-dək davam edəcək konfransın altı bölmədə keçiriləcək iclaslarında ümumilikdə 83 elmi məruzə dinləniləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…