Oktyabrın 1-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) Dünya Ürək Günü münasibətilə Bakıda “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans təşkil edib. Azərtac xəbər verir ki, konfransda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri iştirak ediblər. “Konfransda qardaş Türkiyədən dəvət etdiyimiz professor heyəti də iştirak edir. Kardiologiyanın və kardiocərrahiyyənin ən aktual məsələlərini yerli və xarici həmkarlarımızla müzakirə edəcəyik. Bunun paytaxt Bakıda və regionlarda fəaliyyət göstərən həkimlərə faydalı olacağını düşünürəm”, – deyə Mərkəzi Klinik Xəstəxananın baş həkimi, AÜDCC-nin sədri, tibb elmləri doktoru Kamran Musayev tədbirin açılışında çıxışında bildirib. Konfransda kardioloqların ürək-damar cərrahiyyəsində tətbiq olunan ən son yeniliklərlə bağlı məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…