Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) keçən ilin dekabr ayında neft hasilatının azaldılması üzrə sazişə 129 faiz əməl edib.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.Bildirilir ki, OPEC-in neft hasilatının azaldılmasına dair sazişə əməletmə səviyyəsi noyabrdakı 115 faizlə müqayisədə keçən ay 129 faizə yüksəlib.Dekabrda OPEC-in xam neft istehsalı noyabrla müqayisədə gündəlik 160 min barrel azalaraq 32 milyon 230 min barrelə düşüb. OPEC-in xam neft istisna olmaqla şərti olmayan digər istehsalı isə 6 milyon 890 min barrel olub. Beləliklə də, keçən ay OPEC-in ümumi neft hasilatı 39 milyon 120 min barrel təşkil edib.OPEC üzrə istehsal ən çox Səudiyyə Ərəbistanı və Venesuelada azalıb. Səudiyyə Ərəbistanında neft istehsalı gündəlik 57 min barrel azalaraq 9 milyon 970 min barrelə enib. Venesuelada isə hasilat 46 min barrel düşərək 1 milyon 620 min barrel olub.IEA-nın proqnozuna görə, 2018-ci ildə qeyri-OPEC ölkələrindən neft təklifi gündəlik 1,9 milyon barrel artaraq orta hesabla 59 milyon 800 min barrelə çatacaq. Qeyri-OPEC ölkəsi olan Rusiyanın neft istehsalı isə dekabrda sutkada 11 milyon 330 min barrel olub və bu ölkə “qara qızıl”ın hasilatına görə ilk sırada yer alıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…