Qlobal neft təklifi keçən ilin dekabr ayında noyabrla müqayisədə gündəlik 600 min barrel azalaraq 97,6 milyon barrel təşkil edib.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir. Bildirilir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı dekabrda əvvəlki ayla müqayisədə gündəlik 320 min barrel azalaraq 33,09 milyon barrelə enib. OPEC-in xam neftdən başqa digər şərti olmayan istehsalı isə gündəlik 6,80 milyon barrel təşkil edib. Beləliklə də, OPEC-in ümumi neft istehsalı 39,89 milyon barrel olub.Dekabrda qlobal neft istehsalı noyabrla müqayisədə azalsa da, keçən ilin eyni ayına görə gündəlik 200 min barrel artıb. Keçən ay qeyri-OPEC ölkələrinin neft istehsalı gündəlik 315 min barrel azalaraq 57,7 milyon barrel olub.IEA-nın proqnozlarına görə, bu il qeyri-OPEC ölkələrinin neft təklifi keçən illə müqayisədə gündəlik orta hesabla 385 min barrel artaraq 58 milyon barrel olacaq. Hesabata görə, bu il qlobal neft tələbatının 97,8 milyon barrelə yüksəlməsi gözlənilir. Keçən il istehsal səviyyəsi isə 96,5 milyon barrel təşkil edib.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…