Qlobal neft tələbatının 2018-2023-cü illərdə gündəlik 6,9 milyon barrel artaraq 104,7 milyon barrelə çatacağı gözlənilir.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) 5 illik bazar analizini əhatə edən “Neft 2018 Hesabatı”nda deyilir.Hesabata görə, ABŞ, Braziliya, Kanada və Norveçdə neft hasilatı artmağa davam edəcək. Bu dövrdə qlobal neft tədarükündəki artımın 60 faizi ABŞ-ın payına düşəcək. Qlobal neft tələbatı 2018-2023-cü illəri əhatə edən dövrdə gündəlik 6,9 milyon barrelədək artaraq 104,7 milyon barrelə çatacaq. Qlobal neft tələbatındakı çoxalmaya Asiyada iqtisadi artım və ABŞ-ın neft-kimya sənayesi təsiredici olacaq. Bu dövrdə qlobal neft istehsalının həcmi isə gündəlik 6,4 milyon barrel artaraq 107 milyon barrelə çatacaq.Bununla yanaşı, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 2023-cü ilə qədər gündəlik 750 min barrel artacaq.Hesabatı şərh edən IEA-nın icra direktoru Fatih Birol deyib: “Neft yataqlarına qoyulan investisiyaların az olması qlobal bazarda narahatlıq yaradır. Səmərəsi azalan neft yataqlarının inkişafı üçün daha çox investisiya qoymaq lazımdır. Qlobal mənada gündəlik 3 milyon barrel neftin itkisinin qarşısını almaq üçün bu investisiyalar mütləq edilməlidir. Bu göstərici Şimal dənizindən çıxarılan həcmə bərabərdir”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…