Beynəlxalq Enerji Agentliyinin baş direktoru Fatih Birol neft qimyətlərində artım proqnozlaşdırır. “Apa-Economics” xəbər verir ki, bu barədə F. Birol “Anadolu” agentliyinə müsahibəsində bildirib. “Cari ilin yanvar ayında neft qiymətləri 30 dollar ətrafında dəyişirdi, lakin hazırda 50 dollara yaxınlaşıb. Yəni, vəziyyət bizim proqnozlaşdırdığımız kimidir”, – deyə F. Birol qeyd edib.Neftin bahalaşmasının səbəblərinə toxunan baş direktor bildirib: “Buna səbəb anbarlarda, xüsusən də ABŞ “stock”larında neft ehtiyatlarının azalmasıdır: “Başqa sözlə, bazarda olan neftin həcmi azalıb, tələb isə artıb. Bundan başqa, Kanadada neftlə zəngin olan ərazilərdə yanğının baş verməsi və Nigeriyada neft platformalarına terrorçuların silahlı hücumu nefti bahalaşdırır”. F. Birol əlavə edib ki, 2017-ci ildə neftin daha da bahalaşacağını proqnozlaşdırır: “Əlbbəttə, bu, bir çox neft hasil dən olan ölkələr üçün yaxşı xəbərdir. Təbii ki, hazırkı qiymətlər bir çox ölkələr, məsələn, Rusiya üçün yetərli deyil. Lakin son 3-4 ay ərzində baş verən 20 dollarlıq bahalaşma onlar üçün yaxşı xəbərdir”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…