Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası rəmzi komandasını açıqlayıb

9 Dekabr 2021 14:18

Xəbər 475 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 20 yaşadək futbolçulardan ibarət 2021-ci ilin rəmzi komandasını açıqlayıb.Heyətdə 3-4-3 taktiki sxeminə yer verilib.Heyətdə qapıçı – Anatoli Trubin (“Şaxtyor”, Donetsk Ukrayna), müdafiəçilər – Benua Badyaşil (“Monako”), Erik Qarsiya (“Barselona”, İspaniya), Nunu Mendeş (PSJ, Fransa), yarımmüdafiəçilər – Cud Bellingem (“Borussiya” Dortmund, Almaniya), Pedri (“Barselona”, İspaniya), Eduardu Kamavinqa (“Real Madrid, İspaniya), Bukayo Saka (“Arsenal”, İngiltərə), hücumçular – Rodriqo (“Real Madrid”, İspaniya), Meyson Qrinvud (“Mançester Yunayted”, İngiltərə) və Camal Musiala (“Bavariya”, Almaniya) yer alıblar.xeber100.com