Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqlamasına əsasən…

2 Dekabr 2021 10:12

Xəbər 475 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı gənc (U-20) futbolçusunu açıqlayıb.Bu ada “Barselona”nın yarımmüdafiəçisi Pedri layiq görülüb.On doqquz yaşlı ispaniyalı yarımmüdafiəçi 105 xalla bütün rəqiblərini qabaqlayıb.Almaniyanın “Bayern” klubunun futbolçusu Camal Musiala 45 xalla ikinci, Erik Qarsiya (“Barselona”) isə 20 xalla üçüncü olub.Qeyd edək ki, Pedri bundan əvvəl 2021-ci təqvim ili üzrə ilin ən yaxşı gənc oyunçusuna verilən “Qızıl oğlan” (Golden boy) mükafatının və “France Football” nəşrinin versiyasına əsasən, ilin ən yaxşı gənc futbolçusu nominasiyasının qalibi olub.xeber100.com